İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qanunları sərtləşdirir- Miqrantların deportasiyası başlayacaq

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı fevralın 5-dən qüvvəyə minəcək iki yeni qanun haqqında məlumat verib.

Musavat.com xəbər verir ki,  Volodin bu barədə “Telegram” kanalında paylaşım edib.

Birinci dəyişiklik qanunsuz miqrantların deportasiyasını nəzərdə tutan qanunun qüvvəyə minməsi ilə bağlıdır. İkinci yenilik isə ölkəyə giriş-çıxış qaydalarının pozulması və nəzarət siyahısına düşən miqrantlara göstərilməsi qadağan olunan xidmətlər üçün inzibati məsuliyyətin tətbiq olunmasıdır.

Bundan əlavə, fevralın 5-dən daha üç yeni qanunun qüvvəyə minəcəyi bildirilib. Bu qanunlar çətin şəraitdə yaşayan uşaqlara dəstək, kreativ sənayenin inkişafı və müsadirə olunmuş əmlakın regionların mülkiyyətinə verilməsi ilə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR