İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunun polkovniki rüşvət alarkən saxlanıldı

Moskvada Qarnizonun hərbi məhkəməsi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının polkovniki İvan Mertvişevi hədə-qorxu ilə rüşvət tələb etmək ittihamıyla 2 ay müddətinə ev dustaqlığına göndərib.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

İstintaqın təsbitinə görə, polkovnik Mertvişev Moskva hərbi komissarından rüşvət kimi paltaryuyan maşın alıb.

Verilən informasiyaya əsasən, payız çağırış kampaniyası başlayandan sonra çağırışa cavabdeh olan Mertvişev Moskvanın Ramenski rayonunda birləşmiş hərbi komissarlığın işini yoxlamağı planlaşdırırmış. Yoxlamadan bir həftə əvvəl Mertvişev rayon hərbi komissarına zəng vuraraq çağırışçıların işə qəbulunun bərbad getdiyini və hər şey qaydasında olsa da, mütləq şikayət etməyə nəsə tapacağını, nəticələrin hərbi komissarın karyerasına təsir göstərə biləcəyini deyib. Onun sözlərinə görə, ən azı 70 000 rubl (təxminən 1200 ABŞ dolları) dəyərində paltaryuyan maşın problemi həll edə bilərmiş.

Hərbi komissar Ramenok rüşvətlə razılaşdığını söyləyib və dərhal Federal Təhlükəsizlik Xidmətinə müraciət edib. FTX əməkdaşları alqı-satqı danışıqlarını nəzarətə götürüblər. Mertvişev paltaryuyan maşını alarkən saxlanılıb. Rüşvət tələb etdiyinə görə onu 4,2 milyon rubla qədər cərimə ilə 12 ilədək həbs cəzası gözləyir. Hazırda FTX və Rusiya İstintaq Komitəsi onun oxşar cinayətlərdə iştirakını yoxlayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR