İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan AZƏRBAYCANLINI GÜLLƏLƏDİ

Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələyib.

Musavat.com Konkret.az-a istinadən xəbər verir ki, bu barədə "Sirena" nəşri məlumat yayıb. Rus zabiti Rostov-na-Donuda müharibəyə qarşı olduğunu deyən taksi sürücüsünü güllələyib.

Buna Ukraynadakı müharibə ilə bağlı mübahisə səbəb olub.

Nəşrin hüquq-mühafizə orqanlarından olan həmsöhbəti bildirib ki, 51 yaşlı taksi sürücüsünün ölümündə Moskva vilayətindən olan Rusiya ordusunun 33 yaşlı kapitanı şübhəli bilinir. Beregovaya küçəsində taksi sürücüsünün güllə yaraları olan meyiti tapılıb.

İlkin versiyaya görə, kapitan onu Bereqovaya gətirən taksi sürücüsünə "Ukraynadakı müharibə ilə bağlı siyasi mövqeyini" diqtə etməyə başlayıb, lakin onların fikirləri üst-üstə düşməyib.

Hərbçi saxlanılaraq həbs edilib. Hadisənin başvermə şəraiti araşdırılır. Nəşrin həmsöhbəti bildirib ki, hərbçi ifadələrində çaşıb.

Qeyd olunur ki, mərhum Azərbaycan əsillidir. O, uzun illər əvvəl Rostov vilayətinə köçüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR