İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunda çavuş kapitanı vəhşicəsinə döydü

Rusiyanın Çelyabinsk vilayətində səfərbər edilmiş baş serjant həbs edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Maqnitoqorsk qarnizonu məhkəməsinin məlumatına görə, o, qərargah maşınının kupesində özü kimi səfərbər edilmiş kapitan rütbəsində komandiri ilə mübahisə edib.

Hərbçilər arasında dava düşüb və bu zaman kapitan ölümcül şəkildə döyülüb. Davaya başlayan çavuşun içkili olduğu iddia edilir.

Hərbçiyə qarşı komandirinə zorakı hərəkət maddəsi ilə cinayət işi açılıb. Bu maddə sentyabrın 24-də, Rusiya prezidenti Vladimir Putinin Rusiyada qismən səfərbərlik elan etməsindən bir neçə gün sonra yenilənib.

Yeni variantda cinayət səfərbərlik dövründə və ya müharibə dövründə törədilibsə, daha ağır cəza nəzərdə tutulur. Dəyişiklikləri nəzərə alsaq, serjantı 5 ildən 15 ilədək həbs cəzası gözləyir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR