İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Ukraynada 1969-cu ilin xəritələrindən istifadə etdi- Heyrət dolu açıqlama  

Rusiya komandanlığının bir hissəsi Ukraynadakı hərbi əməliyyatlarda ötən əsrin topoqrafik xəritələrindən istifadə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Verilən informasiyaya əsasən, bununla bağlı sənədlər Xarkov vilayətinin ruslar tərəfindən işğal olunmuş rayonlarının birində ələ keçirilib.

Xüsusilə, 138-ci Qvardiyaçı motoatıcı briqadasının tərkibindəki taborun xəritələrində məlumatların ən azı 53 il (1969) yenilənmədiyi bəlli olub.

"Rusiya ordusunun xəritələrində ötən əsrin 70-ci illərinin əvvəllərindən salınmış Xarkovun Saltovski yaşayış massivi ümumiyyətlə, yoxdur. Həmçinin yetmişinci illərdə tikilmiş Travyanskoe və Murom su anbarları da xəritələrdə mövcud deyil. Ukrayna ilə Rusiya arasında dövlət sərhədi isə tünd qələmlə çəkilir, çünki xəritələrində hüdudlar demək olar ki göstərilməyib”,-deyə rəsmi məlumatda bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR