İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya OPEK+ razılaşmasına iyulda da əməl etməyib: Yenə vəd verir...

Rusiya iyul ayında OPEC+ razılaşması çərçivəsində müəyyən edilmiş neft hasilatı limitini gündəlik 67 min barel keçib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Energetika Nazirliyi açıqlayıb.

Nazirlik bildirib ki, ötən ay hasilatı iyunla müqayisədə azaldıblar, lakin öhdəliyə tam uyğunlaşdıra bilməyiblər. Bunun səbəbi isə "birdəfəlik təchizat planlaşdırma problemləri olub.

Qurum avqust və sentyabrda OPEK+ öhdəliyinə tam əməl olunacağını vəd edir: “Əvvəlcədən razılaşdırıldığı kimi, Rusiya 2024-cü ilin aprelindən 2024-cü ilin oktyabr-noyabr ayları arasında, eləcə də 2025-ci ilin martından sentyabrın sonuna qədər bölüşdürülmüş kompensasiya dövrü ərzində artıq hasilatı kompensasiya edəcək. Rusiya OPEC Katibliyinı təqdim etdiyi plana sadiqdir və və təzminat planlarını təqdim etmiş digər OPEC+ ölkələrini buna əməl etməyə çağırır”.

Xəbər verdiyimiz kimi, OPEC+-ın son iclasında ilin birinci yarısında neft hasilatının həcmini azaltmayan ölkələrin 2025-ci ilin sentyabr ayına kimi onu kompensasiya edəcəyi barədə razılıq əldə olunub. Əvvəllər OPEK təzminat cədvəlini dərc edib: İraq gündəlik 1,184 milyon barel, Qazaxıstan - 620 min barel, Rusiya - 480 min barel artıq hasilatı kompensasiya etməlidir.
Qeyd edək ki, Rusiya aprel ayından etibarən hər ay hasilatı OPEK+ öhdəliyinə qədər azaldacağını vəd etsə də, buna əməl etmir. Bu isə razılaşma iştirakçıları arasında narazılıqları getdikcə artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR