İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neftini daşıdığına görə tutulan tanker Azərbaycanındırmı?

Albaniya polisi Adriatik dənizi sahilindəki Durres limanında qadağan olunmuş Rusiya neftini daşıyan tankeri yaxaladığını açıqlayıb. Ölkə polisinin məlumatına əsasən 22,5 min ton neft(bəzi mənbələrdə dizel yanacağı) daşıyan tanker Liberiya bayrağı altında üzürmüş.

Rusiya neftini gizli yolla Albaniyaya çatdırmaq istəyən tankerin fevralın 20-də Azərbaycandan çıxdığı, daha sonra Yunanıstanın Kalamata limanında başqa tankerdən qadağan olunmuş mall yüklənərək Albaniyaya getdiyi bildirilir.

Albaniya polisi gəminin 22 nəfərlik heyətini və kapitanını saxlayıb.

Maraqlıdır ki, Azərbaycanın Aralıq dənizinə çıxışı yoxdur. Bu halda oğurluq mal daşıyan tankerin Azərbaycandan çıxması ciddi sual doğurur.

Rusiya ekspertləri güman edirlər ki, tanker Azərbaycana məxsus olsa da, onun Azərbaycandan çıxması mümkün deyil. Ehtimal olunur ki, tanker Ceyhandan Azərbaycan neftini Yunanıstan limanına aparıb boşaltdıqdan sonra orada olan çoxsaylı Rusiya tankerlərindən birindən yeni yük götürüb.

Qeyd edək ki, Azərbaycanda tanker donanması iki qurumda -Xəzər Gəmiçiliyi(ASCO) QSC və SOCAR-da var. ASCO-nun saytında yerləşdirilən məlumata görə, cəmi 20 ədəd tankerə malikdir və onlar Transxəzər nəqliyyat dəhlizi ilə yükdaşımalar həyata keçirir.

SOCAR-ın saytında verilən məlumata görə, şirkətə məxsus “SOCAR Trading” böyük həcmdə neft və neft məhsullarını müştərilərinə vaxtında çatdırmaq üçün 30-dan çox tankerdən ibarət donanma yaratmağa nail olub. 2017-ci ildə isə neft və neft məhsullarının daşınması üçün 7 müasir tanker (“Suezmax” tipli 2 tanker və “Aframax” tipli 5 tanker) əldə edərək öz donanmasını daha da genişləndirib.

SOCAR İctimaiyyətlə əlaqələr idarəsindən Musavat.com-a onlarda məsələ ilə bağlı məlumat olmadığını bildirdilər.

ASCO-dan isə sorğumuza cavab olaraq qeyd edildi ki, Albaniyada saxlanan tanker onlara məxsus deyil.

Mövzunu diqqətdə saxlayacağıq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR