Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin fevral ayında Çin 5,13 milyard dollar dəyərində 9,1 milyon ton Rusiya nefti idxal edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çin Baş Gömrük İdarəsi açıqlayıb.
Məlumatdan aydın olur ki, fevralda Çinin ümumi idxalında Rusiya xammalının payı (44,14 milyon ton) 20,6 faiz təşkil edir.
Yanvarda isə Çin Rusiyadan 8,62 milyon ton neft idxal edib. Bu isə o deməkdir ki, fevralda tədarük yanvar ayı ilə müqayisədə 5,6 faiz artıb. 2023-cü ilin fevral ayı ilə müqayisədə isə xammal tədarükü 18 faiz artıb.
2024-cü ilin iki ayında Çin 51,29 milyard dollara 88,3 milyon ton ( illik 5,1 faiz artım) neft idxal edib.
Çinə ən böyük neft tədarükçüləri üçlüyünə Rusiyadan başqa Səudiyyə Ərəbistanı (yanvar - 6,5 milyon ton, fevral - 6,99 milyon ton) və İraq (yanvar - 5,16 milyon ton, fevral - 4,98 milyon ton) daxildir.
Ötən ilin yekununda Çin neft idxalını 11 faiz artıraraq 564 milyon tona çatdırıb. Bu zaman Çinə 24 faiz artımla 107 milyon ton neft satan ən böyük ixracatçı Rusiya olub.
Qeyd edək ki, Çin Rusiya nefti üçün kəskin endirim tələb edir. Bu səbəbdən 2023-cü ilin ilk yarısında Rusiya daha çox Hindistana xammal satırdı. Lakin Hindistana endirimlər azaldılandan, həmçinin alınan məhsulun dəyərinin ödənməsi ilə bağlı problemlər yaranandan sonra Rusiya yenidən üzünü Çinə çevirməli olub.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ