Onlayn ictimai-siyasi qəzet
Rusiya Kalininqrad (tarixi adı ilə Königsberq) vilayətini alınmaz hərbi qalaya çevirib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov açıqlama verib.
Onun sözlərinə görə, bölgə ən müasir S-400 "Triumf" zenit-raket sistemləri və müxtəlif növ zərbə silahları ilə təchiz olunub.
“NATO tərəfindən istənilən təcavüzə qarşı Rusiya ildırım sürəti ilə cavab verməyə hazırdır”, – deyə deputat bildirib.
Juravlyov qeyd edib ki, Kalininqrad hazırda Rusiya müdafiəsinin əsas dayaqlarından birinə çevrilib və Qərbin istənilən hərbi təhdidinə qarşı strateji əhəmiyyət daşıyır.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ