İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müsəlmanların “Telegram”ını niyə bloklayıb?

 

 Çeçenistan və Dağıstandakı qadağanın bütün ölkədə tətbiq edilə biləcəyi iddiası...

Çeçenistan və Dağıstanda “Telegram” ın bloklanıb.  Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin üzvü Anton Nemkin  izah edib ki, bu  məcburi tədbirdir, çünki bu bölgələrdə  messencerdən iğtişaşları koordinasiya etmək üçün fəal şəkildə istifadə olunur. Deputat bildirib ki, qadağa qərarına yenidən baxıla bilər, amma nədənsə bu  platforma bəzi materialları sildiyi halda qeyri-qanuni  çağırışların qadağan olunmasına diqqət yetirmir.  Məlumdur ki, martın 5-nə keçən gecə Dağıstanda antiterror əməliyyatı  rejimi tətbiq edilib. Əməliyyat nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kaspiysk vilayət administrasiyasının obyektində terror aktı törətmək niyyətində olan 4 yaraqlı zərərsizləşdirilib.

Dağıstanın rəqəmsal inkişaf naziri Yuri  Həmzətovun verdiyi məlumata görə, regionlarda “Telegram”ın bloklanması martın 8-də rəsmiləşib. Onun sözlərinə görə, platformadan "düşmənlər tez-tez istifadə edirlər, buna Mahaçqala hava limanındakı iğtişaşları misal göstərmək olar". 

Mahaçqala hava limanında antisemit iğtişaşlar 30 oktyabr 2023-cü ildə İsraildən uçan təyyarənin gəlişindən sonra baş verib. Həmin vaxt etirazlar zamanı bir qrup şəxs Mahaçqalanın Uytaş hava limanının ərazisinə qanunsuz daxil olub, etirazçılar polisə silahlı müqavimət göstəriblər. 135 şübhəli şəxs barəsində ibtidai istintaq tamamlanıb, 28 cinayət işi əlavə icraat üçün məhkəmələrə göndərilib.

 Ötən ilin iyununda isə Dağıstanda böyük terror aktları baş verib. Respublika rəhbəri Sergey Melikovun sözlərinə görə, dini qurumlara və polis əməkdaşlarına silahlı basqın iştirakçılarının hərəkətləri məqsəd və vaxt baxımından razılaşdırılıb. Hücumlarda 20 nəfər ölüb, 26 nəfər yaralanıb

 Dumanın İnformasiya siyasəti komitəsinin sədr müavini Andrey Svintsov  bildirib ki, Rusiyada Telegram messencerinin  birdəfəlik bloklanması  gündəmədə deyil.  Bəzi mənbələri isə qeyd edir ki, federal hakimiyyət orqanları bu eksprimenti Şimali Qafqazda  sınaqdan keçirdikdən sonra bütün ölkədə tətbiq edə bilər. “Telegram” messencerinin bütün Rusiya ərazisində tamamilə bloklanması planlarını olduğu təkzib edilir. 

Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR