Onlayn ictimai-siyasi qəzet
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə səmasında bir gecədə 28 PUA vurub.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Volqoqrad vilayətində 13, Rostovda 7, Belqorodda 4, Voronejdə 2, Bryansk və Kursk vilayətləri üzərində isə 2 PUA vurulub.
PUA-nın bölgədəki hərbi obyektə hücumundan sonra, Volqoqrad hava limanında uçuşlar müvəqqəti dayandırılıb.
KİV-in Federal Hava Nəqliyyatı Agentliyinə istinadən verdiyi məlumata görə, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
Daha əvvəl yerli sakinlər hücumdan sonra "Marinovka" hərbi aerodromunda yanğın və partlayış barədə məlumat veriblər.
Məlumata görə, hücumdan sonra hərbi şəhərciyin sakinləri təxliyə edilib.
Açıq mənbələrə görə, aerodromda 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Komandanlığının 2-ci kəşfiyyat aviasiya eskadrilyasının "Su-24MR" təyyarələri yerləşdirilib.
Musavat.com
20 Aprel 2025
08:04 Qlobal iqtisadiyyat Trampın rüsum siyasətinin ilk təsirlərini hiss etməyə başlayıb - Bloomberg
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ