İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyindən “atəş” açıqlaması və toponimlərimizə həqarət

Rusiya Müdafiə Nazirliyi Ağdərə rayonunda atəşkəs rejiminin pozulması faktını qeydə alıb. Musavat.com bildirir ki, Rusita MN ölən və yaralananların olmadığını əlavə edib.

“Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”, - məlumatda deyilir.

Nazirliyin bülletenində həmçinin bildirilir ki, Rusiya sülhməramlıları Xankəndi-Gorus yolunda “maneəsiz hərəkətin bərpası ilə bağlı danışıqlar prosesini davam etdirirlər”.

Bundan əlavə, Ağdərə, Xocavənd və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidmətinin həyata keçirildiyi qeyd olunub.
“Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər”-xəbərdə deyilir.

Hələlik nə Azərbaycan, nə də Ermənistandan məlumata münasibət bildirilməyib.

Rusiya Müdafiə Nazirliyi budəfəki məlumatında da Azərbaycan toponimlərini bildiyi kimi açıqlayıb. Dəfələrlə Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığına baxmayaraq, “Dağlıq Qarabağ”, “Stepanakert”, “Mardakert”, “Martuni” yarlıqlarından istifadə olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR