İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI - Strateji şəhər ƏLƏ KEÇİRİLDİ

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətində yerləşən Çasov Yar şəhərini nəzarətə götürdüklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, nazirliyin yaydığı rəsmi məlumata görə, “Cənub” qoşun qruplaşmasının Kramatorsk-Drujkovka istiqamətində apardığı hücum əməliyyatları nəticəsində şəhər tam ələ keçirilib.

Qeyd edək ki, Çasov Yar şəhəri strateji baxımdan önəmli sayılan Baxmutdan təxminən 10 kilometr qərbdə yerləşir. Rusiya Müdafiə Nazirliyi hələ 2023-cü ilin may ayında bu şəhərin nəzarətə götürüldüyünü bildirsə də, Ukrayna tərəfi bu məlumatı təkzib edib.

Nazirlik 2024-cü ilin əvvəlindən Çasov Yar ətrafında şiddətli döyüşlərin getdiyini də vurğulayıb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR