İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyi Kursk döyüşü barədə: "Məhv edirik..."

Şimal qüvvələri qrupunun bölmələri Rusiya FSB ilə birlikdə Kursk vilayətinin Rusiya-Ukrayna sərhədinə bitişik Sudjenski və Korenevski rayonlarında Ukrayna Silahlı Qüvvələrinin silahlı birləşmələrini məhv etməkdə davam edir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində dövlət sərhədini qoruyan bölmələrin sərhəd naryadları, möhkəmləndirmə və ehtiyat hissələri, aviasiya zərbələri, raket qoşunları və artilleriya atəşi ilə birgə fəal əməliyyatları nəticəsində düşmənin irəliləyişinin qarşısı alınıb.

Ukrayna Silahlı Qüvvələrinin müəyyən edilmiş canlı qüvvəsi və texnikasına zərbələr endirilir, ayrı-ayrı bölmələrin Kursk istiqamətində ərazinin dərinliklərinə keçmək cəhdlərinin qarşısı alınır. Sumı vilayətində Ukrayna Silahlı Qüvvələrinin irəliləyən ehtiyatlarına hava zərbələri endirilir.

Düşmən gün ərzində 400-ə qədər hərbi qulluqçu və 32 zirehli texnika, o cümlədən bir tank, dörd zirehli transportyor, üç piyada döyüş maşını və 24 kazak zirehli döyüş maşını itirib.

Ümumilikdə, Kursk istiqamətində hərbi əməliyyatlar başlayandan düşmən 8 tank, 12 zirehli transportyor, 6 piyada döyüş maşını, 55 zirehli döyüş maşını və bir mühəndis sədd maşını olmaqla, 660 hərbi qulluqçusu və 82 zirehli texnikasını itirib. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin məhv edilməsi əməliyyatı davam edir”, - departament qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR