İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Monqolustandan Putinin həbs olunmayacağına dair təminat alıb

Ulan-Bator Rusiya prezidenti Vladimir Putinin Monqolustana rəsmi səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarı əsasında həbs olunmayacağına təminat verib.

Musavat.com Bloombergə istinadən xəbər verir ki, Kremldə dövlət başçısının səfərinə hazırlıq prosesi ilə tanış olan mənbənin sözlərinə görə, Rusiya tərəfi rəsmi olaraq müvafiq təminat alıb.

“Putinin həbs olunma riski yoxdur”, - mənbə bildirib. Onun sözlərinə görə, belə xarici səfərlərdən əvvəl danışıqlar formatlarının bütün spektri əvvəlcədən razılaşdırılır. Monqolustan ev sahibi ölkə kimi nə Putinin, nə də onun nümayəndə heyətinin heç birinin saxlanılmayacağına zəmanət verib.

Bloomberg qeyd edir ki,Monqolustan BCM-nin üzvü və Roma Statunu imzalayan ölkə kimi Rusiya liderini məhkəmə qərarına əsasən “həbs etməyə” borcludur. Bununla əlaqədar Monqolustanın Xarici İşlər Nazirliyində Rusiya liderinin planlaşdırılan səfərini izah etmək üçün digər ölkələrin diplomatları ilə görüş keçirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR