İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya MN: Almaniya döyüş təyyarəsi dövlət sərhədinə yaxınlaşıb

Almaniyanın "R-3C Orion" döyüş təyyarəsi Baltik dənizi üzərində Rusiyanın dövlət sərhədinə yaxınlaşıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Məlumata görə, hava hədəfinin müəyyən edilməsi və dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus "Su-27" qırıcısı havaya qaldırılıb.

"Heç bir pozuntu qeydə alınmayıb, alman təyyarəsi geri dönmək məcburiyyətində qalıb", - Rusiya MN qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR