Onlayn ictimai-siyasi qəzet
Rusiya məktəblərində uşaqların üçüncü növbədə tədrisi tamamilə ləğv edilib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Sergey Kravtsov Dövlət Şurasının iclasında bildirib.
Qeyd edilir ki, Rusiyada 1179 yeni məktəb tikilib. Kravtsovun sözlərinə görə, bu nəticə rekord göstəricidir. Həmçinin ölkədə 3,5 mindən çox məktəb əsaslı təmir olunub.
"Məktəblərdə üçüncü növbə tamamilə ləğv edilib, rekord sayda - 1179 yeni məktəb açılıb. 3,5 mindən çox məktəb təmir olunub", - deyə Kravtsov bildirib.
Daha əvvəl təhsil naziri məlumat vermişdi ki, rusiyalı müəllimlər “Müəllim və mentor ili”ndə dövlətdən 53 milyard rubl məbləğində dəstək alıblar. Regionlarda ümumilikdə 470-dən çox dəstək tədbiri həyata keçirilib.
Afaq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ