İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya marta qədər Donbası tuta biləcəkmi? – ISW analitikləri hesabat açıqladı

Putin Rusiya silahlı qüvvələrinin imkanlarını yenə həddən artıq çox göstərib. Hərbi analitiklər Rusiya ordusunun hərbi gücünü kifayət qədər bərpa etməsinə dair heç bir subut tapa bilməyiblər.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri bildirib.

Ekspertlərin fikrincə, Rusiyanın Ukraynanın şərqində bu ölkənin ordusunu məğlub etməyə gücü yoxdur. Onlar deyiblər ki, Rusiya ordusu mart ayına qədər Donetsk vilayətinin işğal olunmamış 11 min 300 kvadrat kilometr ərazisini ələ keçirə bilməyəcək.

Rusiya ordusnun aprelə qədər olacaq böyük miqyaslı hucumu çox guman ki, opertiv əməliyyat şəraiti əldə edilmədən yaz yağışlarına görə, vaxtından əvvəl başa çatacaq.

“Rusiya qüvvələrinin hucumunun kuliminasiyası Ukrayna ordusu üçün əlverişli şərait yarada bilər. Onlar bundan baharın sonu, yayın əvvəlində, Qərbdən tankların alınmasından sonra əks-hucuma keçmək üçün istifadə edə biləcəklər”-deyə hesabatda bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR