İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Liberal Demokrat Partiyasının lideri: "Qarabağ evinə qayıdıb"

“Bugünkü Azərbaycan adamın yaşamaq istədiyi bir ölkədir. Ölkədə Heydər Əliyev tərəfindən əsası qoyulan ideyalar, planlar və proqramlar həyata keçirilir”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olanan ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbirdə jurnalistlərlə açıqlamasında bildirib.

O, Heydər Əliyevin Sovet İttifaqının əsas sahələri-elm sənayesi, iqtisadiyyatı üçün çox işlər gördüyünü xatırladıb.

Slutski əsası Heydər Əliyev tərəfindən qoyulan neft müqavilələri sayəsində ölkəmizin uzun müddətdir ki, enerji sahəsində müstəqil dövlət olduğunu qeyd edib:

“Azərbaycan dünyanın bir çox ölkələrini enerji ilə təmin edən ölkədir”.

Rusiyalı siyasətçi Cənubi Qafqazın ən dəhşətli münaqişəsi olmuş Qarabağın Heydər Əliyev tərəfindən qoyulan yolla həll olunduğunu söyləyib:

“Qarabağ evinə qayıdıb. Cənubi Qafqazın ən dəhşətli, ən qanlı münaqişəsi hansı ki, mən hər zaman deyirdim ki, biz bu münaqişənin həllini uşaqlarımıza və nəvələrimizə saxlaya bilmərik... Bu münaqişənin həlli əsası dahi Heydər Əliyev tərəfindən qoyulan yolla həll olunub. Heydər Əliyev oğlu, mənim dostum, dahi atasının işini davam etdirən, ölkəsini, xalqını tərəqqi yolu ilə inamla irəli aparan Azərbaycan Prezidenti İlham Əliyevlə tam fəxr edə bilər. Heydər Əliyevin prinsipləri və vəsiyyətləri ilə yaşayan bugünkü Azərbaycanı görərək, firavan ölkənin əsasını qoyan bu böyük insanın xatirəsini ehtiramla yad edirik. Bu gün dünya Azərbaycanı tanıyır, hörmət edir, sevir.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın postsovet məkanında ən etibarlı tərəfdaşıdır, özü də təkcə postsovet məkanında deyil... O, böyük atasının işinin layiqli davamçısıdır”,- deyə Rusiya Liberal Demokrat Partiyasının lideri vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR