İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Krımı hərbi bazaya çevirib - Foto

Rusiyanın işğalı altında olan Krımda 10 aktiv hərbi aerodrom və 2 təyyarə zavodunun qurulduğu məlum olub.

Musavat.com xəbər verir ki, “Planet Labs” mərkəzi Krımda 150-dən çox hərbi obyektin mövcudluğunu təsbit edib.

Qeyd edək ki, Rusiya Ukraynanın yaşayış məntəqələrinə “Kalibr” qanadlı raketlərlə zərbələri məhz işğal altındakı Krımdan həyata keçirir. Krımdakı əsas hərbi obyektlərdən biri işğaldan əvvəl Rusiyanın təkcə Qara dənizdən deyil, Baltik və Şimal donanmalarından da çoxsaylı gəmiləri birləşdirdiyi Sevastopol limanıdır.

Xüsusilə, araşdırmaçılar peyk şəkillərindən burada iri desant gəmiləri (1135, 1171, 775 layihələri), patrul gəmiləri (22160), raket qayıqları (layihə 1239, 1241) və kreyser (layihə 11356), Rusiya Federasiyasının Qara Dəniz Donanmasının “Admiral Makarov”, ya da onun analoqu “Admiral Essen”in flaqmanının yerləşdiyini aşkarlayıbar. Rusiyanın Ukraynada “Kalibr” raketlərini buraxdığı gəmilərin bir hissəsi məhz Niderland buxtası yaxınlığında yerləşir.

Jurnalistlər ayrıca olaraq Canköydəki hərbi obyektlərə diqqət çəkiblər. Burada Rusiya ordusunun “Ka-52”, “Mi-28”, “Mi-35”, “Mi-8” kimi hücum helikopterlərini saxladığı aerodrom yerləşir. Sevastopol yaxınlığında Belbek aerodromu xüsusi əhəmiyyətə malikdir. Burada əsasən “Su-27”, “Su-27SM”, “Su-34” və “MiQ-31” qırıcıları yerləşdirilib.

Rusiya ordusunun “Su-25” hücum təyyarələri və “Su-24” bombardmançılarının cəmləşdiyi əsas hava qruplarından biri də Qvardeyski aerodromunda yerləşir. Rusiya məhz bu təyyarələrdən Ukrayna ərazisinə qısa mənzilli hava zərbələri endirmək üçün istifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR