Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində şəhərin üç rayonunda yanğınlar baş verib.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Onlardan 2-si xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu hücum Rusiya-Ukrayna münaqişəsinin gərginləşdiyi bir vaxta təsadüf edir və bölgədə vəziyyətin daha da ağırlaşmasına səbəb olub.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ