İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kiyevə 10 “İskander” raketi atdı

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura “İskander” operativ-taktiki raket kompleksindən 10 raket atıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR