İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kiyevdə gizlənən öz müxalifətçisini dronla vurdu - ŞOK FOTO

Rusiyanın Dövlət Dumasının keçmiş deputatı, müxalif siyasətçi İlya Ponomaryovun Kiyevdə yaşadığı mənzilə Rusiyaya məxsus pilotsuz kamikadze təyyarə vasitəsilə hücum edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə oboz.ua saytı məlumat yayıb.

Saytın məlumatına görə, “Şahed”” pilotsuz uçan aparatı (rusca adı “Geran-2”) giriş qapısından beş metr aralıda partlayıb və evə ciddi ziyan dəyib. Mənbələrin verdiyi informasiyaya əsasən, Ponomaryov çoxlu qəlpə yaraları alıb, lakin onun həyatı təhlükədə deyil.

Sayt İlya Ponomaryovun üzündə və sinəsində qan izləri olan fotosunu dərc edib. Hazırda Ponomaryov ciddi mühafizə altındadır.

İlya Ponomaryov X sosial şəbəkəsində yazdığı statusunda “beşinci hücum cəhdindən” sağ çıxdığını bildirib. “Bu gün mənim ikinci doğum günümdür. Beşinci hücum. Buradan sağ çıxmaq möcüzə idi. Cəhənnəm olsunlar! Təfərrüatları sonra yazacağam”, -deyə Ponomaryov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR