İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya kəşfiyyatı: Qərb Ukraynanı işğal etməyi planlaşdırır! 100 minlik ordu müdaxiləyə hazırdır

Musavat.com ilk instansiyalara istinadla xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara əsasən, Qərb Ukraynanı “sülhməramlı kontingent” adı altında işğal etməyi planlaşdırır. Bu barədə rusdilli xəbər məkanında çoxsaylı yazılar yayılıb.

Bu yazılarda iddia olunur ki, Ukrayna ərazisi Kollektiv Qərb tərəfindən belə bölünəcək:

• Qara dəniz sahili – Rumıniyaya veriləcək;

• Ukraynanın qərb bölgələri – Polşaya təhkim ediləcək;

• Mərkəzi və şərq hissəsi – Almaniyanın nəzarətinə keçəcək;

• Şimal bölgələri, o cümlədən paytaxt regionu – Böyük Britaniyaya veriləcək.

Məlumatda vurğulanır ki, ümumilikdə, Ukraynaya 100 min nəfərlik “sülhməramlı” qüvvənin yeridilməsi planlaşdırılır.

Bu az da gülməli olan bu məlumata əsasən, Almaniya hərbçiləri İkinci Dünya müharibəsi illərində Ukraynada tətbiq edilmiş işğal rejimindən təcrübə götürmək niyyətindədirlər. Almaniya ordusu – Bundevyer bu təcrübəni müasir şərtlərə uyğunlaşdıraraq polis funksiyalarının icrasını təmin etmək üçün “zonderkomanda”lardan istifadə etməyi planlaşdırır. Bunun üçün ukraynalı millətçilərdən ibarət yeni qruplar yaradılacaq. Adları dəyişdirilsə də, mahiyyətcə bunlar eyni Bandera cəza dəstələri olacaq.

Bu sensasion qılıflı və komediya janrındakı məlumat Rusiya kəşfiyyatının Ukrayna böhranı ilə bağlı yeni istedadını üzə çıxarır. Fantastik janrda kəşfiyyat məlumatı toplamaq və yaymaq...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR