Onlayn ictimai-siyasi qəzet
“Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Özbəkistana səfərinin məqsədi müttəfiqlərini Rusiyadan ayırmaq və Moskvaya maksimum ziyan vurmaq olub”.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin Böyük Britaniyanın xarici işlər nazirinin bir sıra Asiya ölkələrinə səfərinin səbəbini belə qiymətləndirib.
Qeyd edək ki, Kemeron bu həftə Orta Asiya və Monqolustanda rəsmi turnedə olub.
Rusiya tərəfi bu səfəri xeyli qısqanclıqla qarşılayıb.
XİN rəsmisi Moskvanı narahat edən məqamları açıqlayıb: "Məqsəd Rusiyanı qoparmaq, ənənəvi xarici tərəfdaşlarını və müttəfiqlərini Rusiyadan qoparmaqdır".
Rusiya xarici işlər naziri müavininin sözlərinə görə, Rusiyanın özbək dostları Londonun bu “əsas niyyətini” yaxşı bilirlər.
Bundan əvvəl Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Kemeronla görüşündən sonra iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalandığını açıqlamışdı.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ