İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İstintaq Komitəsi: Terrorçuların Ukraynaya bağlılığına dair sübutlar əldə olunub

Moskvada Crocus City Hall-a hücum edən terrorçularla Ukraynadan olan millətçilər arasında əlaqə olduğuna dair sübutlar əldə edilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətindən bildirilib ki, istintaqda terror aktını törədənlərin Ukrayna tərəfdən xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumat var:

“Saxlanılan terrorçularla iş, onlardan ələ keçirilən texniki vasitələrin öyrənilməsi və maliyyə əməliyyatları haqqında məlumatların təhlili nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqəsi haqqında sübutlar əldə edilib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR