İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “İrəvan dialoqu”na qatılmadı

Ermənistan bütün tərəfdaşlarına “İrəvan dialoqu” beynəlxalq forumunda iştirak etmək üçün dəvət göndərib.

Musavat.com-un məlumatına görə, bu barədə sentyabrın 10-da jurnalistlərlə söhbətində Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyan bildirib.

Rusiyadan yüksək rütbəli qonaqların niyə konfransda iştirak etməməsi ilə bağlı sualı cavablandıran o, belə izah edib: “Bu sualı Rusiya tərəfinə vermək daha düzgün olardı. Biz bütün tərəfdaşlarımıza dəvət göndərmişik. Heç kimdən rədd cavabı almadıq”.

Karapetyan bildirib ki, Türkiyə tərəfinə də dəvət göndərilib. “Bu platforma təkcə Ermənistanı deyil, bütün regionu əhatə edən məsələləri əhatə edir. “Dünyanın kəsişməsi” layihəsinə gəlincə, bu, regional kommunikasiyaların qarşısının alınması və Şərqlə Qərb arasında əlaqələrin qurulması üçün iddialı bir cəhddir”- Karapetyan ardınca deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR