İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İrandan ballistik raketlər alsa, İsrail bunu edəcək

Rusiya İrandan ballistik raketlər alsa, İsrail Ukraynaya silah tədarükü ilə bağlı siyasətinə yenidən baxacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Time News” saytı məlumat yayıb.

Saytın informasiyasına əsasən, noyabrın 20-də Bəhreyndə keçirilən Təhlükəsizlik və Strategiya İnstitutunun konfransında İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Hulata həmin xəbəri təsdiqləyib.

İsrail rəsmisi Rusiyanın Ukraynaya qarşı müharibədə İran istehsalı olan dronlardan yararlanmasına da etiraz edib. Rəsmi Təl-Əviv İranın artıq Moskvaya ballistik raketlər verməyə hazır olduğunu bildirir. Eyal Hulata bunun baş verəcəyi təqdirdə İsrail tərəfinin də Ukraynada dəqiq idarə olunan raketlər yerləşdirəcəyini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR