İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-İran ticarətinin həcmi “çox azdır” - Siluanov

Rusiya ilə İran arasında ticarət dövriyyəsi “son dərəcə azdır” və onun artırılması ölkələr arasında əməkdaşlığın hazırkı səviyyəsinə görə iki dövlətin əsas vəzifəsidir.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.

"İndi əsas vəzifə ticarət dövriyyəsini artırmaqdır, çünki ölkələrimiz üçün iqtisadi əməkdaşlığımızın səviyyəsi üçün 4 milyard dollar son dərəcə azdır".

Bundan əvvəl İran Mərkəzi Bankının sədri bildirmişdi ki, 2025-ci ilin yanvarından Rusiyanın "Mir" ödəniş sisteminin bank kartları ölkədə fəaliyyətə başlayacaq və mart ayından etibarən kartlar bank terminallarından istifadə etməklə ödəniş üçün istifadə oluna bilər.

Bundan əlavə, hazırda bir çox ölkələrdə Rusiya ilə ticarəti maliyyələşdirən əsas bank olan VTB tezliklə İranda filialını açır.

İran və Rusiya həmçinin qarşılıqlı ticarətin maliyyələşdirilməsi üçün xüsusi rəqəmsal valyuta yaradılması planı üzərində işləyirlər.

Qeyd edək ki, Qərbin ağır sanksiyalarına məruz qalan Rusiya getdikcə daha çox sahələrdə daxili tələbatı təmin etməkdə çətinliklərlə üzləşir. Ölkə artıq İrana toyuq yetişdirilməsi sahəsində birgə proqram işləməyi təklif edib. Uzun illər boyu tərkibində zərərli antibiotiklər aşkarlandığına görə idxalını qadağan etdiyi İran süd məhsullarına qapılarını açıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR