İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbçiləri Ukraynanın MiQ-29 təyyarəsini vurdu

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurduqlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Nazirlik tərəfindən verilən məlumata görə, Rusiyanın hava hücumları nəticəsində həmçinin Ukrayna Silahlı Qüvvələrinin döyüş idarəetmə maşını, radar stansiyası (RLS) və dörd ədəd Patriot zenit-raket kompleksinin atış qurğusu məhv edilib.

Rusiya Müdafiə Nazirliyi bu hücumların Ukrayna tərəfinin hava və yerüstü hərbi sistemlərinə ciddi zərbə vurduğunu iddia edib. Nazirlik həmçinin vurulan təyyarənin təcrübəli pilot tərəfindən idarə olunduğunu və təyyarənin Qərbi Ukraynada yerləşən bir bazadan uçduğunu bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR