Onlayn ictimai-siyasi qəzet
Rusiya İstintaq Komitəsi Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevi axtarışa verib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Moskva İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Moskva "Lokomotiv"inin və Mahaçqalanın "Anji" klubunun sabiq yarımmüdafiəçisi barəsində terrora açıq çağırışlar etdiyinə görə iş açılıb”, - məlumatda deyilir.
Bundan əvvəl Əliyev Kursk vilayətində yerləşən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini dinc sakinləri öldürməyə çağırdığı video paylaşıb.
Xatırladaq ki, Əliyev Xabarovskda doğulub və 12 yaşına qədər orada yaşayıb, sonra valideynləri ilə birlikdə hazırda ata və anasının yaşadığı Kurska köçüb. Futbolçu orada bir ilə yaxın qalıb, sonra isə Oryola dəvət olunub. Daha sonra bir il Moskva “Spartak”ının akademiyasında qaldıqdan sonra Ukraynaya köçüb.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ