Onlayn ictimai-siyasi qəzet
Estoniya hakimiyyəti 2022-2031-ci illərdə qədər döyüş sursatının alınmasına 4 milyard avrodan çox vəsait xərcləyəcək.
Musavat.com-un məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur məlumat verib.
Nazir bildirib ki, təkcə bu gün silah-sursat təminatına 1,6 milyard avro ayrılması barədə qərar qəbul edilib. Pevkur əlavə edib ki, hakimiyyət orqanları bu sahədə 2029-2031-ci illər üzrə xərcləri hələ təsdiqləmədiyi üçün yekun məbləğ dəyişə bilər.
Nazir ayrıca qeyd edib ki, 2022-ci ildən 2026-cı ilə qədər Estoniya hakimiyyəti müdafiəyə təxminən 6,3 milyard avro xərcləyəcək. Müqayisə üçün 2017-ci ildən 2021-ci ilə qədər olan dövr üçün bu məbləğ 2,8 milyard avro olub.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ