Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyi Rusiya vətəndaşı Dmitri Nikulinə, o cümlədən Rusiyanın hüquqi şəxslərinə - “Beynəlxalq Hesablaşma Bankı” MMC, “Timer Bank” ASC və “Stroytreyd” MMC-yə qarşı sanksiyalar tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin yaydığı yazılı məlumatda deyilir.
Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin adları çəkilən şəxslərlə iş görməsini qadağan edir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ