İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda güclü YANĞIN - VİDEO

Bakıda iaşə obyektində yanğın olub.

Musavat.com xəbər verir ki, hadisə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib. 

Hadisə yerindən olan görüntüləri təqdim edirik: 

 

***

Bakının Binəqədi rayonunda güclü yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR