İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanda yeni baş konsulluq açacaq

Yaxın vaxtlarda Ermənistanda yeni Rusiya konsulluğunun açılması planlaşdırılır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.

“Qafan (Ermənistan), Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar (İndoneziya) və Maledə (Maldiv adaları) baş konsulluqların açılması ilə bağlı qərarlar artıq qəbul edilib və ev sahibi dövlətlərin səlahiyyətli orqanları ilə razılaşdırılıb”, - deyə Y.İvanov qeyd edib. 

Ermənistanın cənubunda yerləşən Sünik rayonunun (İran və Azərbaycanla həmsərhəd) inzibati mərkəzi olan Qafandakı Baş Konsulluq Gümrüdən sonra Rusiya Federasiyasının Ermənistan Respublikasındakı ikinci baş konsulluğu olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR