İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya erməni oliqarxı Qarabağa göndərdi, Sərkisyandan Xankəndiyə şok çağırış: Paşinyanı devirin! CANLI

“Bu gün Ermənistanın gələcəyi üçün Paşinyanı aradan çıxarmaq lazımdır. Bu, erməni xalqı üçün böyük hədiyyə olacaq”. Bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

“Bu gün “Artsax”da (red-Qarabağ) illər əvvəl olduğu kimi ənənəvi təbriklər, bayram atəşfəşanlığı və ümumxalq sevinci günü deyil. İndi bizim üçün matəm günüdür. Hələ müstəqilliyimiz də təhlükə altındadır. Müstəqil və ləyaqətlə yaşayan xalqımız artıq yoxdur. Sülhsevər hakimiyyət Ermənistanda evlərinin qapılarını Azərbaycana açıb. Ermənistan üçün təhlükələr günü-gündən daha çox narahatedici olacaq.

Təxribatçı və milləti dağıdıcı idarəçilərin bir gün əvvəl işdən çıxarılması yalnız ölkəni bu acınacaqlı vəziyyətdən çıxarmaq, layiqli danışıqlar aparmaq, tərəfdaşlarla münasibətləri tənzimləmək imkanı yarada bilər. Bu sadə həqiqəti dərk etməmək “Artsax” və Ermənistan üçün fəlakətli ola bilər.

Müstəqil və azad yaşamaq hüququmuz artıq yoxdur. İndi isə Nikol Paşinyanı aradan çıxarmaq xalq üçün əsas hədiyyə ola bilər. İndi biz bunun üçün birləşməliyik”, – deyə Sarkisyan Qarabağdakı qondarma rejimə ünvanladığı məktubda qeyd edib.


ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat törədilib. ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər.

Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər yer alıb. “Amerika Birləşmiş Ştatları Konqresi hər zaman sizə öz dəstəyini göstərir. Azərbaycandan gələn təhdidlər və davam edən çağırışlara dözümlülük göstərirsiniz, sizin yanınızdayıq. Biz ABŞ hökumətini 2020-ci ildə hücuma və bu günə qədər davam edən ölümcül hərəkətlərə görə Azərbaycan və Türkiyə rejimlərini cəzalandırmaq üçün bütün mövcud diplomatik tədbirlərdən istifadə etməyə çağırırıq. Sizinlə işləməyi səbirsizliklə gözləyirik” - Arutyunyana göndərilən məktubda deyilir.

Məktubun mətnindən göründüyü kimi, amerikalı konqresmenlər erməni separatçılarına aşkar çəkildə dəstək verərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı olduqlarını nümayiş etdiriblər.

TVMusavat-ın saat 14:00-da canlı yayınında aparıcı Emil Salamoğlu “Həftə içi” verilişində politoloq Vaqif Hüseynlə ABŞ-ın separatizmə dəstəyini, Sərkisyanın çağırışını, Xankəndidə 2 sentyabr tədbirlərini müzakirə edir.

Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR