İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ən qəddar generalını Kiyevə göndərdi, FTX körpünü partladan ermənini tutdu – Qabil Hüseynli ilə “Canlı debat”

FTX Krım körpüsünü partladan ermənini saxladı. Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsünün partladılmasında beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşının saxlanıldığını elan edib. Bu barədə Rusiya mediası məlumat yayıb. “Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub. Saxlanılanlar isə cinayətin hazırlanmasında iştirak ediblər”, - məlumatda deyilir.

Qeyd edilib ki, hücum üçün bomba film rulonlarında kamuflyaj edilib. Partlayıcı maddələr Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib

Bu arada Rusiya da ən qəddar generalını artıq Kiyevə göndərdi. Məqsəd müharibədə qalib gəlmək bahasına ən qəddar addımları atmaqdır. Nəticə necə olacaq? Bu komandan balansı necə dəyişəcək?


Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Qabil Hüseynli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR