İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dumasının sədri qadınları Ukraynanı tərk etməyə çağırdı

“Nə qədər ki, imkan var, Ukrayna qadınlarının ölkəni tərk etsin, başqa dövlətlərə getsinlər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O, qadınları tez bir zamanda Ukraynanı tərk etməyə çağırıb: “Əks halda hər şey səfərbərliklə bitəcək və siz qırğına göndəriləcəksiniz”.

Qeyd edək ki, oktyabrın 1-dən Ukraynada hərbi xidmət keçməli olan qadınların ölkədən çıxışına qadağa qoyulacaq. İyulda Ukrayna Müdafiə Nazirliyi qərara aldı ki, oktyabr ayından kimya, biologiya və telekommunikasiya sahələrində təhsil almış ukraynalı qadınlar hərbi komissarlıqda qeydiyyatdan keçməli olacaqlar.

Nazirlik bildirib ki, hərbi xidmətə cəlb olunan qadınlar hərbi vəziyyət dövründə xaricə gedə bilməyəcək. Avqustda Rada hərbi vəziyyət və ümumi səfərbərliyi noyabrın 21-dək uzadıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR