İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya dədə-baba torpaqlarına dönüşü davam etdirəcək” - Medvedev

"Rusiya bu gün gələcək ədalətli dünya nizamını formalaşdırır, Qərbə qarşı təkbaşına mübarizə aparır, öz vətəndaşlarını qoruyur və ata-baba ərazilərini geri qaytarır".

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O, bundan sonra "Rusiyanın dədə-baba torpaqları"na dönüşün davam edəcəyini bildirib.

Medvedev qeyd edib ki, hazırda gələcək dünya nizamını formalaşdıran Rusiyadır, Ukrayna ilə birlikdə olan Böyük Britaniya və ABŞ yox: "Yeni bərabər dünya nizamı qurulacaq".

Onun sözlərinə görə, NATO və Qərb dünyası ilə yalnız Rusiya mübarizə aparır.

"Ona görə də keçmişlə hər hansı paralellər yanlış və ya şərtidir. Bir şey istisna olmaqla: güclü düşməni və ya düşmən ittifaqlarını yalnız biz məhv edə bilərik", - Medvedev deyib.

O, Rusiyanın döyüşü davam etdirdiyini və bu müddətdə mümkün qədər öz hərbi qulluqçularının və mülki vətəndaşlarının həyatlarını xilas etməyə çalışdığına diqqət çəkib:

"Bunu Ukraynanın hərəkətləri haqqında demək olmaz. Düşmənlərimiz öz əsgərlərinin və mülki insanlarının həyatlarını heçə sayır. Bizim onlarla böyük mənəvi fərqimiz də budur".

Medvedev çıxışının son məqamını Ukraynada keçirilən "xüsusi əməliyyat" zamanı istifadə edilən silahlara həsr edib. O, Rusiyanın "bütün ağıllı insanlara məlum olan səbəblər"ə görə bütün dağıdıcı vasitələri və ən güclü silahlarını hələ istifadə etmədiyini, məskunlaşma ərazilərdə yerləşən bütün "düşmən hədəfləri"ni vurmadığını iddia edib.

"Bu, təkcə bizə xas olan insani mehribanlığımızla əlaqəli deyil. Hər şeyin öz vaxtı var", - Medvedev bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR