İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya çıxılmaz vəziyyətdə, Belarus isə... - Detallar

Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq yeni sanksiyalar paketini müzakirə edir. Tədbirlər bu həftənin əvvəlində razılaşdırıla bilər.

Musavat.com-un məlumatına görə, bu barədə “Politico” saytı avropalı diplomatlara istinadən xəbər verir.

Nəşrin məlumatına görə, müzakirə edilən tədbirlər arasında Rusiya iqtisadiyyatının texnoloji, maliyyə və media sektorları üçün yeni məhdudiyyətlərin tətbiqi də var. Doqquzuncu paketə 180 sanksiya bəndi daxildir.

Sanksiyaların Aİ Xarici Əlaqələr Şurasının dekabrın 12-nə planlaşdırılan iclasına qədər razılaşdırılacağı gələn xəbərlər arasındadır. Maraqlıdır ki, yeni sanksiyalar paketi ərazisində Rusiya qoşunlarının yerləşdiyi Belarusa təsir etməyəcək.

Belarus lideri Lukaşenkonun sözlərinə görə, ölkə Rusiyanın Ukraynaya müdaxiləsində iştirak etsə də, onun əsgərləri heç kəsi öldürmür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR