İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Çindən asılı ölkəyə çevrilib

Rusiya iqtisadiyyatı Şimali Koreyadan sonra Çindən ən çox idxal həyata keçirən ölkələrdən birinə çevrilib.

Musavat.com xəbər verir ki, belə bir dəyərləndirmə Finlandiya Bankının ekspertləri tərəfindən verilib.

Mütəxəssislərin təsbitinə görə, Ukraynada müharibə başlamazdan əvvəl Rusiyaya xaricdən mal tədarükünün dörddə biri Çinin payına düşüb. Finlandiya Bankının Keçid İqtisadiyyatları İnstitutunun rəhbəri İikka Korxonenin sözlərinə əsasən, noyabra qədər Çin məhsullarının Rusiya idxalında payı 40%-ə yüksəlib. O, bu asılılığın daha da artacağına inandığını söyləyib.

Norveç Müdafiə Araşdırmaları İnstitutunun professoru İnqrid Opdal da onunla razılaşır. Onun sözlərinə görə, bu, Rusiyanın yönünü Asiyaya çevirməsi nəticəsində olub.

İqtisadçıların fikrincə, ticarətin davam etdirilməsi müqabilində Pekin Moskvadan daimi güzəştlər, məsələn, enerji resurslarına endirimlər tələb edir.

“Çin xarici ticarət məlumatlarından görürük ki, onlar artıq Rusiya xam neftini digər ölkələrlə müqayisədə 16-17% ucuz alırlar. Halbuki 2022-ci ilə qədər belə endirimlər yox idi. Beləliklə, Çin idxalçıları da bu vəziyyətdən səmərəli şəkildə faydalanır”, - deyə Korxonen vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR