İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Çerniqovda sənaye obyektini vurdu, genişmiqyaslı yanğın baş verdi

Bu gün səhər saatlarında Rusiya qüvvələri Çerniqov vilayətində yerləşən sənaye obyektini raket atəşinə tutub.

Musavat.com xəbər verir ki, hücum nəticəsində müəssisə ərazisində genişmiqyaslı yanğın baş verib.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, alov 6800 m² sahədə lokallaşdırılıb və bir neçə saatlıq müdaxilədən sonra tamamilə söndürülüb.

Hadisə nəticəsində dəyən zərərin həcmi və mümkün tələfatla bağlı araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR