İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya Cənubi Qafqazdan getmir və gedə də bilməz" - Peskov

"Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanı Cənubi Qafqaz regionundan uzaqlaşmaqda ittiham edən açıqlamaları ilə razılaşmır. Əksinə, Rusiya Federasiyası regionu tərk etmək istəmir və tərk edə bilməz".

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri- Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Biz baş nazir (Nikol Paşinyanın) bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, - Kreml sözçüsü vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR