İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya britaniyalı əsirin cəsədini işgəncə izləri ilə və bədən üzvləri olmadan QAYTARDI

Rusiya Ukraynaya əsir götürülən britaniyalının cəsədini vəhşi işgəncə izləri ilə və bədən üzvləri olmadan qaytarıb.

Konkret.az xəbər verir ki, bu barədə Ukrayna mediasına hüquqşünas və siyasətçi, Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets məlumat verib.

“DXR”də iyulun 10-da dünyasını dəyişən 45 yaşlı Pol Urinin cənazəsi ay yarımlıq danışıqlardan sonra verilib. “Respublikanın hakimiyyət orqanları” britaniyalı könüllünün “xəstəlik və stress səbəbindən” dünyasını dəyişdiyini bildirib.

“Əslində, o, əsirlikdə işgəncələrə məruz qalıb, cəsədi təhqir edib “eybəcərləşdiriblər” – bədən üzvlərii yoxdur, kəsiklər var”, – Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili deyib.

Dmitri Lubinets britaniyalının dəhşətli işgəncələrə məruz qaldığını və bu səbəbdən dözməyərək öldüyünü bildirib.

“Ölüm çox şiddətli işgəncələrlə olub. İnsan belə əzaba dözə bilməz. Cəsədin şəklini gördüm və onu kim görsə, şübhəsi olmayacaq. Bunlar hamısı Putinə qarşı məhkəmə zamanı sübutlardır”, – deyə hüquqşünas qeyd edib.

“DXR”-in məlumatına görə, Uri peşəkar hərbçi olub və guya “Ukrayna ordusu üçün muzdlular” hazırlayıb. Urinin ailəsi onun Ukraynada Rəyasət Heyəti Şəbəkəsinin humanitar missiyası üçün könüllü kimi olduğunu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR