İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya BMT-dən Suriya ilə bağlı təcili məsləhətləşmələr tələb edir

Rusiya BMT Təhlükəsizlik Şurasından Suriyadakı vəziyyətlə bağlı təcili məsləhətləşmələr keçirilməsini tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat yayıb.

Daimi nümayəndəlikdən bildirilib ki, tələb olunan məsləhətləşmələrin dekabrın 9-da baş tutacağı gözlənilir. Moskva BMT-nin himayəsi altında Suriyadakı vəziyyətin nizamlanması üçün danışıqların bərpasını zəruri hesab edir.

Xatırladaq ki, noyabrın 27-də müxalif silahlı qruplaşmaların üzvləri Hələb və İdlib əyalətlərində hökumət mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb.

Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Dekabrın 8-i səhər onlar Dəməşqə daxil olublar, bundan sonra ordu hissələri şəhəri tərk edib.
Qeyd edək ki, Kremldəki mənbənin TASS-a verdiyi məlumata görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birə Moskvadadır və Rusiyadan sığınacaq alıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR