İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya beynəlxalq futbola qayıdır: FİFA start verdi – İnfantinodan sürpriz addım

FIFA prezidenti Canni İnfantino Rusiyanın beynəlxalq futbola geri dönüşü üçün rəsmi prosesi başladıb.

Musavat.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Nauel Lanzon məlumat yayıb.

Məlumata görə, bu məsələ Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) iclasında gündəmə gəlib. İnfantino çıxışı zamanı bildirib ki, bütün ölkələr beynəlxalq yarışlarda iştirak etməlidir və bu prinsipi dəstəklədiyini vurğulayıb.

İddialara əsasən, FIFA rəhbəri Avropa futbol assosiasiyalarına təzyiq göstərməyə çalışaraq onların Rusiyaya qarşı mövqeyini yumşaltmağa çalışa bilər.

Xatırladaq ki, Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqdan sonra FIFA və UEFA tərəfindən beynəlxalq yarışlardan kənarlaşdırılmışdı. Həm Rusiya milli komandası, həm də klub səviyyəsində bütün təmsilçilər beynəlxalq turnirlərdə iştirak hüququndan məhrum edilmişdi.

Hazırda FIFA-nın bu təşəbbüsü dünya futbol ictimaiyyəti və Avropa federasiyaları arasında ciddi müzakirələrə səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR