Onlayn ictimai-siyasi qəzet
Rusiya aviabazasının yerləşdiyi Suriyanın Latakiya əyalətində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən şiddətli toqquşmada 48 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Qrupu məlumat yayıb.
Qeyd olunub ki, bunlar dekabrda Əsədin devrilməsindən sonra ən şiddətli toqquşmalardır:
“Ölənlər arasında 16 təhlükəsizlik işçisi, 28 Əsəd tərəfdarı və dörd mülki şəxs var”.
Ötən gün eks-prezidentin tərəfdarlarının Aralıq dənizi sahilindəki Cəblə şəhəri ərazisində nəzarət-buraxılış məntəqələrindən birinə hücum etdiyi və ən azı 13 nəfərin öldüyü bildirilmişdi. Rusiyanın Xmeymim aviabazası bu yerin yaxınlığında yerləşir.
Suriya ordusu artıq Əsəd tərəfdarları ilə mübarizə aparmaq məqsədilə Latakiya və Tartusa daxil olub.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
09 Mart 2025
08 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ