İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bazarı Ermənistan malları üçün bağlanır? - Paşinyan AÇIQLADI

“Ermənistan malları üçün Rusiya bazarının bağlanması ilə bağlı ehtimallar əsassızdır”.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yerli “İctimai Televiziya”ya müsahibəsində bildirib.

“Rusiyaya girişin bağlı olması, bağlanacağı və ya Rusiya bazarının bizim üçün bağlanacağı ilə bağlı fərziyyə haradan qaynaqlanıb? Biz Avrasiya İqtisadi Birliyinin üzvüyük və iqtisadi əlaqələrimiz tənzimlənir”, - deyə Paşinyan qeyd edib.

Ermənistanın hökumət başçısı Rusiyaya erməni konyakının tədarükü ilə bağlı problemlərin yaranması barədə xəbərləri də təkzib edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR