Onlayn ictimai-siyasi qəzet
Çindən ABŞ-a idxal olunan mallar üçün gömrük rüsumu hazırda 50 faiz civarındadır.
Musavat.com xəbərə verir ki, məlumatı Fox News-a müsahibəsində ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Jamison Greer açıqlayıb.
Onun sözlərinə görə, əksər dünya ölkələri üçün tariflər 10 faizdir.
Greer bildirib ki, Vaşinqton və Pekin arasında Cenevrədə əldə edilmiş razılaşmalar ölkələr arasında ticarət münaqişəsinin kəskinləşməsindən əvvəl tətbiq edilən bir sıra rüsumlara təsir etmir; O, həmçinin qeyd edib ki, saziş çərçivəsində Çin nadir torpaq metalları da daxil olmaqla, bir sıra malların ABŞ-a ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağa razılaşıb: "Mövqelərimizi Çin tərəfinə yaxınlaşdırmalı olduğumuz bir nöqtəyə gəldik, buna görə də buna nail olmaq üçün çox səy göstərdik. Ötən həftə sonu çox praqmatik nəticəyə gətirib çıxardı".
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ