İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Baydenin Kiyevə səfəri zamanı Ukraynanı bombalayır

Yerli vaxtla saat 11:35-də bütün Ukrayna ərazisində hava həyəcanı elan olunub.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Baydenin Zelenski ilə görüşdüyü Mixaylovski meydanından yayımlanan videkadrlarda da həyəcan siqnalının səsi eşidilir.

Hava həyəcanı Rusiyanın Belarusdan hərbi kəşfiyyat təyyarələrini havaya qaldırmasından sonra elan olunub. Adətən bu təyyarələr kütləvi raket hücumundan əvvəl zərbə nöqtələrini dəqiqləşdirmək üçün havaya qaldırılır. Güman olunur ki, Rusiya Baydenin Kiyevə səfərinin əvəzində Ukrayna ərazisini bombalamaq qərarına gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR